AZ

Erkən evlilik üzrə göstəricilər son 3 ildə 50% ə yaxın azalıb Komitə sədri

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin və ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir", - deyə komitə sədri bildirib.

B.Muradova qeyd edib ki, əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki, qadınların iqtisadi fəallığı davamlı şəkildə artır: "Orta əməkhaqqında da artım tempi  müsbətdir, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir və özünüməşğulluq proqramlarında iştirak da genişlənməkdədir".

Anar Kəlbiyev

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
5
unikal.az

7Mənbələr