AZ

Azərbaycanda gender bərabərliyi yeni mərhələyə qədəm qoyub Bahar Muradova

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"2025-ci il Azərbaycanda sosial inkişafın dayanıqlığının gücləndiyi, dövlət siyasətinin daha çox insan kapitalı, ailə institutu və gender bərabərliyi üzrə inteqrasiya olunmuş modelə keçdiyi mühüm bir dövr kimi xarakterizə olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının sonuncu iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı təqdim edərkən bildirdi.

Onun sözlərinə görə, bu dövrdə əldə olunan nəticələr  statistik göstəricilər olmaqla yanaşı, dövlət qurumları arasında koordinasiyanın dərinləşməsi, rəqəmsal idarəetmənin genişlənməsi və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın institusional xarakter alması kimi strateji dəyişikliklərin nəticəsidir.

"Ötən il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, "Gender(kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı" bu sahədə yeni mərhələ açmaqdadır. Fəaliyyət Planı ilk növbədə: qadınların sosial-iqtisadi fəallığının artırılmasını, təhsildə və əmək bazarında bərabər imkanların genişləndirilməsini, iqlim və rəqəmsal transformasiya proseslərində gender yanaşmasının gücləndirilməsini prioritet istiqamətlər kimi müəyyən edib. Bu yanaşma göstərir ki, dövlətimiz  gender bərabərliyini sosial  siyasətin və  ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir. Eyni zamanda Hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilmiş, institusional mexanizmlər  daha sistemli xarakter almış, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçmişdir. Dünya Bankının “Women, Business and the Law” hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
redaktor.az

6Mənbələr