AZ

Bahar Muradova parlamentdə hesabat verir

2025-ci il Azərbaycanda sosial inkişafın dayanıqlığının gücləndiyi, dövlət siyasətinin daha çox insan kapitalı, ailə institutu və gender bərabərliyi üzrə inteqrasiya olunmuş modelə keçdiyi mühüm bir dövr kimi xarakterizə olunur.

Bu dövrdə əldə olunan nəticələr statistik göstəricilər olmaqla yanaşı, dövlət qurumları arasında koordinasiyanın dərinləşməsi, rəqəmsal idarəetmənin genişlənməsi və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın institusional xarakter alması kimi strateji dəyişikliklərin nəticəsidir.
Teleqraf xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Bahar Muradova rəhbərlik etdyi qurumun 2025-ci il üzrə məlumatını təqdim edərkən deyib.

O qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, "Gender(kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı" bu sahədə yeni mərhələ açmaqdadır. Fəaliyyət planı ilk növbədə:

- qadınların sosial-iqtisadi fəallığının artırılmasını,
- təhsildə və əmək bazarında bərabər imkanların genişləndirilməsini,
- iqlim və rəqəmsal transformasiya proseslərində gender yanaşmasının gücləndirilməsini prioritet istiqamətlər kimi müəyyən etmişdir.

Bu yanaşma göstərir ki, dövlətimiz gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir.

Eyni zamanda Hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilmiş, institusional mexanizmlər daha sistemli xarakter almış, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçmişdir.

Dünya Bankının “Women, Business and the Law” hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir”.

Seçilən
17
3
teleqraf.com

6Mənbələr