AZ

Yasamal rayon ictimaiyyəti Müstəqillik Gününü qeyd edir - FOTOLAR

Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli toplantı keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbirin əvvəlində iştirakçılar Azərbaycan dövlətçiliyinin tarixinə və milli müstəqillik ənənələrinə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin giriş hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyətin milli dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rol oynadığını bildirildi.

Daha sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən geniş bəhs edib. O bildirib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yaradılması yalnız Azərbaycanın deyil, bütün türk və müsəlman dünyasının tarixində mühüm hadisə idi. Anar İsgəndərov qeyd edib ki, həmin dövrdə qəbul olunan qərarlar, yaradılan parlament ənənələri, qadınlara seçki hüququnun verilməsi və milli dövlət atributlarının təsis olunması Azərbaycanın demokratik inkişaf yolunun əsasını qoyub.

Daha sonra Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərman, təltif və sertifikatlar təqdim olunub. Təntənəli tədbir bədii hissə ilə yekunlaşıb.

Seçilən
0
50
unikal.az

10Mənbələr