AZ

Gənc aktrisa: Dünyanın ən gözəl qızı deyiləm, nə olsun ki?

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hollivudun əfsanəvi rejissoru Martin Skorsezenin (Martin Scorsese) gənc aktrisa qızı Françeska Skorseze "Mr. & Mrs. Smith" serialının ikinci mövsümünə kastinq olunmasından sonra sosial şəbəkələrdə məruz qaldığı ağır kiber-təhqirlər (bullinq) barədə danışıb.Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Deadline" nəşri yayıb.Françeska öz "TikTok" hesabında video paylaşaraq bildirib ki, layihədə iştirakı rəsmiləşdikdən sonra dəstək gözlədiyi halda, instaqram və digər platformalarda onun ünvanına görünüşü ilə bağlı yüzlərlə alçaldıcı şərh yazılıb:"Əgər siz kiminsə videosuna sırf neqativ yaymaq, onu sındırmaq üçün daxil olursunuzsa, deməli, həyatda çox bədbəxt bir insansınız".Gənc aktrisa sosial şəbəkə istifadəçilərinin onu "kök", "çirkin" adlandırdıqlarını, bədən quruluşunu soyuducuya və "The Muppet Show"dakı "Miss Piqqi" personajına bənzətdiklərini etiraf edib.

 

"Mən başa düşürəm — dünyanın ən gözəl qızı deyiləm. Ən arıq qızı da deyiləm. Bəli, bir az kökəm, bunu özüm də bilirəm. Amma bunun ümumiyyətlə nə əhəmiyyəti var?" — deyə Françeska emosional şəkildə vurğulayıb.

O, həmçinin qeyd edib ki, daimi toksikliyə və hücumlara görə bir müddət əvvəl "X" (keçmiş Twitter) hesabını silib, indi isə eyni nifrət mühiti "TikTok"da formalaşır. Françeskanın sözlərinə görə, internetdəki bu təzyiqlər onun üçün ikiqat ağırdır, çünki o, bütün ömrü boyu cəmiyyətdə "nepo-beybi" (məşhur valideynlərin sayəsində uğur qazanan uşaqlar) damğası ilə yaşayır:"Mən bilirəm ki, atamın nəhəng adının və fiqurunun kölgəsində yaşayıram və bu, bir şəxsiyyət kimi məni həmişə kölgədə qoyacaq. Amma gəlin bir az mehriban olaq. Sözlərin çox böyük məhvedici gücü var. Hazırda internetdə elə troller, botlar var ki, sırf kiminsə gününü zəhərləmək üçün yaşayırlar. Bəzən belə şərhlər insanların intiharına, həyatını itirməsinə səbəb olur".Qeyd edək ki, Françeska — Martin Skorseze və onun hazırkı xanımı Helen Morrisonun qızıdır. Əfsanəvi rejissorun əvvəlki nikahlarından Keti və Domenika adlı daha iki böyük qızı da var.Serialın yaradıcıları hələlik "Mr. & Mrs. Smith"in ikinci mövsümünün süjet xəttini gizli saxlasalar da, iddialara görə, Françeska layihədə yeni "Smit cütlüklərindən" birinin obrazını canlandıracaq.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
bizim.media

10Mənbələr