AZ

DÇ 2026 öncəsi pasportu oğurlandı

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

DÇ-2026 öncəsi pasportu oğurlandı

Səudiyyə Ərəbistanı millisinin oyunçusu Səud Əbdülhəmid pasportunu itirdiyinə görə 2026-cı il dünya çempionatından əvvəl məşqlərə qatıla bilməyib.

QOL.az xəbər verir ki, bu haqda yerli federasiyanın mətbuat xidməti məlumat yayı. 

Oyunçu bu gün planlaşdırıldığı kimi Ər-Riyada uça bilməyib. Onun Amsterdamda ailəsi ilə birlikdə toy mərasimində iştirak etdiyi zaman avtomobili oğurlanıb. Hadisə zamanı futbolçunun pasportu da daxil olmaqla şəxsi əşyaları itib.

Səudiyyə Ərəbistanı Futbol Federasiyası istintaqa nəzarət etmək üçün İdman Nazirliyi ilə əlaqələndirmə aparır və həmçinin oyunçunun komandaya qoşulmasına icazə verilməsi üçün Səudiyyə Ərəbistanının Niderlanddakı səfirliyi ilə işləyir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi 2026-cı il dünya çempionatında öz qrupunda İspaniya, Kabo-Verde və Uruqvayla mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
qol.az

4Mənbələr