Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü filologiya elmləri doktoru, professor Mahirə Hüseynova "Ana dili: kimlik və gələcək" mövzusunda keçirilən respublika gənclər konfransında şifahi dildə işlək olan sözlərin yeri gəldikdə ədəbi dilə gətirilməsinin vacibliyindən danışıb.
"Bir dəfə mən bir şeirimdə yazmışdım ki, "Bölünsün görüm ləlöyündə dərdimiz". Mənə nə qədər mesaj gəldi ki, "ləlöyün nədir?" Halbuki o, çox aktiv və gözəl sözdür. "Ləlöyün" sözünü başqa heç nə ilə əvəz etmək olmur. Belə sözləri yenidən dilə, poeziyaya, nəsrə gətirməyin vaxtıdır. Bunu biz etməliyik", - o bildirib.