AZ

Professor Mahirə Hüseynova şifahi dildə işlək olan sözlərin ədəbi dilə gətirilməsindən danışıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 25 may, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Ana dili: kimlik və gələcək” mövzusunda keçirilən respublika gənclər konfransında şifahi dildə işlək olan sözlərin yeri gəldikdə ədəbi dilə gətirilməsinin vacibliyindən danışıb.

AZƏRTAC xəbər verir ki, professor Mahirə Hüseynova çıxışında şifahi dildə işlək olan sözlərin bədii dilə gətirilməsinin mümkünlüyünü qeyd edib. O deyib: “Bir dəfə mən bir şeirimdə yazmışdım ki, “Bölünsün görüm ləlöyündə dərdimiz”. Mənə nə qədər mesaj gəldi ki, “ləlöyün nədir?”. Halbuki o, çox aktiv və gözəl sözdür. “Ləlöyün” sözünü başqa heç nə ilə əvəz etmək olmur. Belə sözləri yenidən dilə, poeziyaya, nəsrə gətirməyin vaxtıdır. Bunu biz etməliyik”.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Səfiyar Məcnun

Videooperator - Mirrəsul Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
8
azertag.az

9Mənbələr