AZ

Pişik və itlərin dili tərcümə olunacaq – sensasion süni intellekt cihazı

Ev heyvanlarının davranış və səslərini insan dilinə çevirən yeni süni intellekt qurğusu təqdim edilib.

Musavat.com xəbər verir ki, Çinin Hançjou şəhərində fəaliyyət göstərən “Meng Xiaoyi” startapı hazırladığı cihazla artıq böyük maraq doğurub.

Məlumata görə, qurğu 10 mindən çox şəxs tərəfindən əvvəlcədən sifariş edilib və bir modelin qiyməti 118 dollar təşkil edir.

Bildirilir ki, cihaz Alibaba Cloud şirkətinin “Qwen” dil modeli əsasında işləyir. Sistem heyvanların səs izlərini və davranış xüsusiyyətlərini analiz edərək onları insan nitqinə uyğunlaşdırmağa çalışır. Qurğu birbaşa heyvanın boynuna taxılır.

Musavat.com

Seçilən
2
1
musavat.com

7Mənbələr