AZ

Çində heyvanların səsini tərcümə edən qurğu hazırlanıb

Çin "Meng Xiaoyi" startapı heyvanlar üçün səs tərcüməçisi yaratdığını elan edib. Qurğu ev heyvanının boynuna taxılır və səsləri, emosiyaları və dili tanıyır.

AzNews.az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat verib.

Süni intellektlə işləyən cihaz heyvan dilini təxminən 95% dəqiqliklə tərcümə edir.

Cihazın qiyməti 118 dollardır (təxminən 200 manat - red.). Şirkət əvvəlcədən 10 000 sifariş aldığını iddia edib. Lakin bəzi sosial media istifadəçiləri bunun "insan zəkası testi" olduğunu və ev heyvanı tərcüməçisi olmadığını yazıblar.

Seçilən
4
4
aznews.az

5Mənbələr