AZ

"Anam ölən günün səhərisi səhnəyə çıxdım"

Əməkdar artist Anar Heybətov səhnə həyatı ilə bağlı duyğusal etiraflar edib.

Publika.az xəbər verir ki, aktyor "Günə uğurla" verilişində yaxınlarını itirdiyi günlərdə belə səhnəyə çıxmaq məcburiyyətində qaldığını deyib:

"2011-ci il iyunun 4-də anam dünyasını dəyişdi. Ayın 5-də premyerada oynamalı idim. Tamaşanı oynadım. Atam, hətta əmim rəhmətə gedəndə də premyera günü idi. Səhnəyə çıxmağa yarım saat qalmış ölüm xəbərini eşitmişdim. Çıxıb tamaşanı oynadım.

Azər Paşa Neymətov teatrın rəhbəri idi. Onun vəfat etdiyi gün “Ölülər” tamaşasını oynamalı idik. Ayın 7-də görüşdük, dedim ki, 9-da görüşərik. Sonra maraqlı şəkildə "qismət" dedi. Mən fərqinə varmadım. Tamaşa günü saat 5 radələrində internetdə onun vəfat etdiyini oxudum. İnanmadım, düşündüm yalandır. Sonra anladım ki, onu həmin gün teatrda heç görməmişəm. Həmin gün də tamaşanı təxirə salmadıq, oynadıq".

Seçilən
0
3
publika.az

4Mənbələr