AZ

Anam ölən günün səhərisi səhnəyə çıxdım

ain.az, Axsham.az saytına istinadən bildirir.

Əməkdar artist Anar Heybətov səhnə həyatı ilə bağlı duyğusal etiraflar edib.

Axşam.az xəbər verir ki, aktyor "Günə uğurla" verilişində yaxınlarını itirdiyi günlərdə belə səhnəyə çıxmaq məcburiyyətində qaldığını deyib:

"2011-ci il iyunun 4-də anam dünyasını dəyişdi. Ayın 5-də premyerada oynamalı idim. Tamaşanı oynadım. Atam, hətta əmim rəhmətə gedəndə də premyera günü idi. Səhnəyə çıxmağa yarım saat qalmış ölüm xəbərini eşitmişdim. Çıxıb tamaşanı oynadım. 

Azər Paşa Neymətov teatrın rəhbəri idi. Onun vəfat etdiyi gün “Ölülər” tamaşasını oynamalı idik. Ayın 7-də görüşdük, dedim ki, 9-da görüşərik. Sonra maraqlı şəkildə "qismət" dedi. Mən fərqinə varmadım. Tamaşa günü saat 5 radələrində internetdə onun vəfat etdiyini oxudum. İnanmadım, düşündüm yalandır. Sonra anladım ki, onu həmin gün teatrda heç görməmişəm. Həmin gün də tamaşanı təxirə salmadıq, oynadıq".

Aktyor bildirib ki, tamaşaçı qarşısında məsuliyyət hissi onları ən ağır günlərdə belə səhnəyə çıxmağa vadar edir:

"Tamaşaçının günahı yoxdur, bilet alıb gəlir. Bəzən yüksək hərarətlə də oynamışıq. Teatrda səhnəyə çıxanda bütün dərdini unudursan. Səhnədən enəndən sonra isə yenə dərdinlə baş-başa qalırsan".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
axsam.az

3Mənbələr