AZ

Maks Dauman Premyer Liqa tarixində daha bir ilkə imza atdı – ARENA.AZ

“Arsenal”ın sağ vingeri Maks Dauman İngiltərə Premyer Liqası tarixində start heyətində meydana çıxmış ən gənc futbolçu olub.

Arena.az xəbər verir ki, 16 yaş 144 günlüyündə olan ingiltərəli oyunçu bu rekordu turnirin 2025/2026-cı illər mövsümünün sonuncu – 38-ci turunda, “Kristal Pelas”a qarşı keçirdikləri görüşdə (2:1) gerçəkləşdirib.

O, “Everton”un sabiq futbolçusu Xose Baksterin 2008-ci ildə qeydə alınmış rekordunu (16 yaş 198 gün) qırıb.

Dauman 2025/2026-cı illər mövsümündə Premyer Liqada debüt edən və qol vuran ən gənc oyunçu olmaqla yanaşı, “Arsenal”ın heyətində turnirin qalibi olan ən gənc futbolçu kimi də tarixə düşüb. O, həmçinin 15 yaş 308 günlüyündə UEFA Çempionlar Liqası tarixində meydana çıxan ən gənc oyunçu ünvanına yiyələnib.

Xatırladaq ki, Maks Dauman “Arsenal”ın öz yetirməsidir. O, 2025/2026-cı illər mövsümündə çıxış etdiyi bütün turnirlər çərçivəsində ümumilikdə 13 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Dauman İngiltərənin U-16, U-17 və U-19 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
7
arena.az

10Mənbələr