AZ

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibləri müəyyənləşib!

Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının iştirakçıları müəyyənləşib. Seçim mərhələlərini uğurla tamamlayan 25 gənc proqram çərçivəsində təqaüd qazanıb.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq təşkil edilən bu layihənin əsas məqsədi təşəbbüskar və innovativ gənc nəslin yetişdirilməsinə mühüm töhfə verməkdir.

Gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə yaradılan proqram böyük maraqla qarşılanıb. Ümumilikdə 1851 nəfərin müraciət etdiyi proqram çərçivəsində iştirakçılar bir neçə seçim mərhələsindən keçiblər. İlkin qiymətləndirmə və test mərhələsini uğurla başa vuran namizədlər sonda müsahibə mərhələsində iştirak ediblər və yekunda ən yüksək nəticə göstərən 25 nəfər gənc proqramın qalibi seçilib.
Təqaüd proqramının qaliblərinin siyahısı Gənclər Fondun rəsmi internet saytında (https://youthfoundation.az/193187/) yerləşdirilmişdir.
Proqram çərçivəsində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Tədris prosesi iştirakçıların real layihələr üzərində işləməsinə və gələcəyin peşələri üzrə praktiki təcrübə qazanmasına imkan yaradacaq.

Uzunmüddətli tərəfdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüs ölkədə innovasiya ekosisteminin inkişafına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və gənclərin texnologiya sahəsində potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, qarşıdakı müddətdə ümumilikdə 150 gəncin təqaüd imkanından yararlanması nəzərdə tutulur.

Seçilən
10
12
editor.az

10Mənbələr