AZ

Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının iştirakçıları müəyyənləşib. Seçim mərhələlərini uğurla tamamlayan 25 gənc proqram çərçivəsində təqaüd qazanıb.

Gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə yaradılan proqram böyük maraqla qarşılanıb. Ümumilikdə 1851 nəfərin müraciət etdiyi proqram çərçivəsində iştirakçılar bir neçə seçim mərhələsindən keçiblər. İlkin qiymətləndirmə və test mərhələsini uğurla başa vuran namizədlər yekun müsahibə mərhələsində iştirak edib və yekunda ən yüksək nəticə göstərən 25 nəfər proqramın qalibi seçilib.

 

Proqram çərçivəsində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Tədris prosesi iştirakçıların real layihələr üzərində işləməsinə və gələcəyin peşələri üzrə praktiki təcrübə qazanmasına imkan yaradacaq.

Bakcell və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirilən təşəbbüs ölkədə innovasiya ekosisteminin inkişafına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və gənclərin texnologiya sahəsində potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, proqram çərçivəsində qarşıdakı müddətdə ümumilikdə 150 gəncin təqaüd imkanından yararlanması nəzərdə tutulur.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

AzPost.az

Seçilən
4
12
azpost.info

10Mənbələr