AZ

Köçəryan: “Azərbaycanla sülh müqaviləsini cırıb atacağımızı…”

“İdeal olaraq, ABŞ, Çin və Rusiya Ermənistan və Azərbaycan arasında sülhün qarantı ola bilər”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və Ermənistan blokundan baş nazirliyə namizəd Robert Köçəryan jurnalistlərlə söhbətində bildirib.

"Sülh müqaviləsi yoxdur. Paraflanmış sənəd var. Biz onu cırıb atacağımızı deməmişik. Yəni biz sıfırdan başlamırıq", - deyə Köçəryan Paşinyanın yeni danışıqların "sülhü məhv edəcəyi" iddiası ilə bağlı suala cavab verərkən deyib.

Siyasətçi vurğulayıb ki, uzunmüddətli, sabit və zəmanətli sülhü təmin etmək üçün zəmanət sistemi yaratmaq məqsədilə sənədə bir sıra müddəalar əlavə etmək lazımdır.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası bəyanat qəbul etməli və pozuculara qarşı məsuliyyəti aydın şəkildə ifadə etməlidir. Köçəryan hesab edir ki, Rusiyanın regiondakı təsiri nəzərə alınmaqla, ABŞ və Rusiya qarantı ölkələr olmalıdır və bu, maraqları balanslaşdıracaq: 

“Avropa İttifaqını bir ölkə təmsil etsəydi, çox yaxşı olardı. İdeal olaraq, bu, Rusiya, Çin və ABŞ olardı”.Köçəryanın vurğulayıb ki, Azərbaycanın belə bir sistemə ehtiyacı yoxdur. 

“Azərbaycan güclü tərəfdir və Ermənistan da bu məsələni qaldırmır. Paşinyan Vaşinqtona gedib Trampla şəkil çəkdirdiyinə sevinirdi. Bir şəkil üçün Ermənistanın maraqlarını satdı", - deyə siyasətçi bildirib.

Seçilən
19
19
cebheinfo.az

10Mənbələr