21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) mayın 28-dən 30-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz mayın 31-dən iyunun 10-na qədər də Türkiyənin İsparta şəhərində hazırlıq keçəcək.
Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoxlama oyunu keçirəcək. “Sav” stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
U-21-ə dəvət edilmiş futbolçuların adlarını nəzərinizə çatdırırıq:
- Sadiq Məmmədzadə – Difai
- Səlim Həşimov – Şamaxı
- Rəvan Mirzəmmədov – Sabah
- Emin Rüstəmov – Karvan
- Elgün Dünyamaliyev – Cəbrayıl
- Raul Məmmədov – Səbail
- Ceyhun Bağırzadə – Qəbələ
- Əkbər Eyubov – Mingəçevir
- Ayxan Süleymanlı – Sumqayıt
- Eşqin Əhmədov – Qəbələ
- Qurban Səfərov – Səbail
- Tuncay Yusifli – İmişli
- Bilal İsmayılov – Şamaxı
- Nuğay Rəşidov – Qəbələ
- Emil Süleymanov – Şamaxı
- Qədir Ramazanov – Qəbələ
- Şahin Şahniyarov – Qəbələ
- Edqar Ədilxanov – Şamaxı
- Elyas Bağcı – Herta (Berlin, Almaniya)
- Yusif Mehtiyev – Meşaxte (Gürcüstan)
- Nahid Əliyev – Şəfa
- Lorenso Mezzotero – Sampdoriya (İtaliya)
- Raul Süleymanov – Herta (Berlin, Almaniya)
- Murad Məmmədov – Neftçi
- Nihad Əhmədzadə – Sumqayıt
⇧
