Ucarda baş verən yol qəzasında bir nəfər dünyasını dəyişib.
Metbuat.az-ın yerli bürosunun verdiyi xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib.
Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi "Mercedes sprinter" markalı maşın toqquşub. Nəticədə "VAZ 2107"-nin sürücüsü hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev / Metbuat.az