AZ

Azərbaycanda ağır QƏZA - Ölən var 

Ucarda yol qəzası olub, ölən var.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi "Mercedes sprinter" markalı maşın toqquşub.

Nəticədə "VAZ 2107"-nin sürücüsü hadisə yerində həyatını itirib.
Fakt araşdırılır.

Seçilən
28
11
manset.az

10Mənbələr