AZ

Daha bir ağır qəza FACİƏ İLƏ BİTDİ

Ajans.az xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi "Mercedes sprinter" markalı maşın toqquşub.

Nəticədə "VAZ 2107"-nin sürücüsü hadisə yerində həyatını itirib.
Fakt araşdırılır. (apa)

Seçilən
20
10
Ajans.az

10Mənbələr