AZ

"Green Card" almaq istəyənlər üçün qaydalar SƏRTLƏŞDİRİLİR - Bundan sonra…

ABŞ-də "Green Card" almaq istəyənlər üçün qaydalar sərtləşdirilir.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qərara əsasən, ölkədə müvəqqəti yaşayan əcnəbilər - tələbələr, turistlər və müvəqqəti iş vizası sahibləri artıq əksər hallarda ABŞ daxilindən "Green Card" üçün müraciət edə bilməyəcək.

Birləşmiş Ştatlar Vətəndaşlıq və Miqrasiya Xidmətinin açıqlamasına görə, yalnız "fövqəladə hallar" istisna olmaqla, müraciət edən şəxslər öz ölkələrinə qayıdaraq sənədlərini oradan təqdim etməlidirlər. Hansı halların "fövqəladə" sayılacağına isə miqrasiya rəsmiləri qərar verəcək.

Qurum bildirib ki, turist, tələbə və ya müvəqqəti iş vizası ilə ABŞ-yə gələn şəxslərin məqsədi daimi yaşamaq yox, qısa müddətli səfər olmalıdır. Buna görə də bu vizaların "Green Card"a keçid mərhələsi kimi istifadə edilməsinin qarşısı alınacaq.

Qeyd edək ki, "Green Card" müraciətləri hər il adətən oktyabrın ilk həftəsindən noyabrın ilk həftəsinədək yalnız onlayn formada qəbul edilir.

Seçilən
1
1
far.az

10Mənbələr