AZ

"Green card" qaydalarında dəyişiklik edildi

ABŞ "Green card" qaydalarında dəyişikliklər edib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Yeni qaydalara əsasən, artıq ABŞ-də olan şəxslər ölkə daxilindən müraciət edə bilməyəcəklər və müraciət müddətində ABŞ ərazisini tərk etməli olacaqlar.

Belə ki, Tramp administrasiyası bu ölkədə olan və "Green card" üçün müraciət edən şəxslərdən ABŞ ərazisindən çıxmasını tələb edəcək. Bildirilib ki, həmin şəxslər yalnız müraciətinə baxıldıqdan və qərar qəbul edildikdən sonra ABŞ-yə daxil ola biləcəklər.

Qeyd olunur ki, qərar qanunsuz miqrasiya ilə mübarizə məqsədi daşıyır.

Seçilən
4
1
cebheinfo.az

10Mənbələr