“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının son turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı bir oyun alındığını düşünürəm. Çox qol vuruldu və bir o qədər də qol epizodları ilə yadda qalan bir matç oldu. Yenə də, səhvlərimizdən qollar buraxdıq”.
Serbiyalı mütəxəssis “Sumqayıt”dan ayrılacağını da gizlətməyib:
“Buranın insanları çox gözəldir. Buradan ayrılsam da, gözəl təəssüratlarla ayrılıram. “Sumqayıt” “top klub” olmasa da, çalışdıq ki, daha yaxşı yerlərdə olaq. Müqaviləmin müddəti başa çatır, lakin yenə də rəhbərliklə bu barədə danışığımız olacaq. Komandada dəyişikliyə ehtiyac var. Hazırki futbolçuların pis olduğunu demirəm, ancaq reallıq var. Səviyyəli komanda yaratmaq istəyiriksə, minimum səhvlər olmalıdır.
Futbolda çoxlu situasiyalar olur. “Lester Siti” bir vaxt çempion idi, bu mövsüm Çempionşipdən də düşdülər. Bu mövsüm kifayət qədər xallar itirdik, bəzi matçlarda yaxşı oynayan tərəf olsaq da, nəticə qazanmaqda çətinlik çəkdik. Səhvlər minimuma enərsə, nəticə qazanmaq olar.
Dünyanın ən yaxşı məşqçisi olmasam da, plan üzrə çalışanda uğur qazanmaq olar. Komandanın kifayət qədər potensialı var. Bəzi məsələlər həll olunsa, komanda avrokuboklara vəsiqə qazanar”.
