AZ

Premyer Liqa: “Turan” son oyunda “Sabah”a məğlub oldu – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün sonuncu – 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Masazırda baş tutub.

Bu mövsüm “qızıl dubl”a imza atmış “Sabah” son oyununda “Turan Tovuz”un qonağı olub. Amma bu oyun məlum səbəblərdən elə “Sabah”ın stadionunda – “Masazır Arena”da baş tutub. Qarşılaşmanı Rauf Cabbarov idarə edib. Üç qolluq görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
33-cü tur
22 may

“Turan Tovuz” – “Sabah” 1:2
Qollar: Ayxan Hüseynov, 86 – Aaron Maluda, 15. Xəyal Əliyev, 64.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Masazır Arena”. 17:00.

Turan Tovuz: 41. Sergey Samok, 4. Şəhriyar Əliyev (k), 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 14. Murad Dadaşev, 99. İbrahima Vadji, 32. Hayderson Hurtado, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 97. Elçin Qasımov, 73. Ülvi Mədətov, 20. İbrahim Ramazanov, 42. İsmayıl İsmayılov, 60. Vüqar Bağırov, 47. Pərvin Rəşidov, 75. Əli Kiçibəyov, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.

Sabah: 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 3. Stiv Solvet, 13. İvan Lepinitsa, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 89. Cəfər Muxtarov, 80. Akim Zedadka, 11. Kahim Parris, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
9
arena.az

10Mənbələr