AZ

Çempion “Sabah” “Turan Tovuz”u məğlub edib

Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, “Turan Tovuz” öz meydanında “Sabah”la qarşılaşıb. Görüş Bakı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ölkə çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” 78 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 59 xalı olan “Turan Tovuz” isə 3-cü sırada yer alıb.

Günün son oyununda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 19:30-da start götürəcək.

Xatırladaq ki, turun açılış matçında “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. XXXIII tura mayın 24-də yekun vurulacaq.

Seçilən
0
5
90deqiqe.az

10Mənbələr