AZ

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Turan Tovuz” “Bank Respublika Arena”da “Sabah”la qarşılaşıb. Görüş Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ölkə çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” 78 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 59 xalı olan “Turan Tovuz” isə 3-cü sırada yer alıb.

Günün son oyununda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
5
azertag.az

10Mənbələr