AZ

Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi keçiriləcək

Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

​Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Apasport.az xəbər verir ki, yarış mayın 31-dən iyunun 2-dək davam edəcək.

Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq birincilikdə U-15 (yeniyetmələr), U-18 və U-21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər.

​Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq. İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.

“Bakı-Xankəndi” veloyarışı: V mərhələ yekunlaşıb

"Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq

Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb

Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"

“Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
6
apasport.az

8Mənbələr