ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bakıda kamandan oxatma idman növü üzrə mövsümün mühüm yerli turnirlərindən birinə start verilir.
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 31 may - 2 iyun tarixlərində ölkə birinciliyi keçiriləcək. Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq yarışda U15 (yeniyetmələr), U18 və U21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq.
Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər. Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq. İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, iyunun 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.
Qabil YUSİFOĞLU XQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.