AZ

WUF13-ün sonuncu günündə nələr yaşanır?-ÖZƏL FOTOLAR

Bu gün Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası öz işini yekunlaşdırır.

Bu gün WUF13 çərçivəsində “İqlim Hədəflərinə Nail Olmaq üçün Alət kimi Strateji Ekoloji Qiymətləndirmə”, “Kiçik Şəhərlərin  Transformasiyası və Dayanıqlığı Kontekstində Kənd-Şəhər Əlaqələri”, “Praktikada Keçidlər: Qeyri-Formallıq və Böhranlar üçün Rəqəmsal Alətlərin Birgə Yaradılması” kimi mövzularda sessiyalar baş tutacaq.

Günün ikinci yarısında isə forumun rəsmi bağlanış mərasimi baş tutacaq. Saat 17:30-da WUF13-ə bayraqendirmə mərasimi ilə yekun vurulacaq.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Forum mayın 17-də start başlayıb və bu gün, yəni 22 may tarixində yekunlaşacaq.

Onu da bildirək ki, WUF13 Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

”İki sahil”in forumun sonuncu günündən hazırladığı fotoreportajı təqdim edirik:

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
38
4
ikisahil.az

5Mənbələr