AZ

WUF13 sessiyası bu gün yekunlaşır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyası öz işini yekunlaşdırır.Demokrat.az xəbər verir ki, bu gün WUF13 çərçivəsində "İqlim Hədəflərinə Nail Olmaq üçün Alət kimi Strateji Ekoloji Qiymətləndirmə", "Kiçik Şəhərlərin Transformasiyası və Dayanıqlılığı Kontekstində Kənd-Şəhər Əlaqələr", "Praktikada Keçidlər: Qeyri-Formallıq və Böhranlar üçün Rəqəmsal Alətlərin Birgə Yaradılması" kimi mövzularda sessiyalar baş tutacaq.Günün ikinci yarısında isə forumun rəsmi bağlanış mərasimi baş tutacaq.Saat 17:30-da WUF13-ə bayraqendirmə mərasimi ilə yekun vurulacaq.Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.Forum mayın 17-də start başlayıb və bu gün, yəni 22 may tarixində yekunlaşacaq.Onu da bildirək ki, WUF13 Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
demokrat.az

4Mənbələr