AZ

Amina Mohammed: "Qadınların mənzil hüquqları bir çox hallarda ikinci plana keçirilir"

Mənzil məsələsi cəmiyyətlərdə bərabərliyin real formada özünü göstərdiyi əsas sahələrdən biridir və qadınların təhlükəsizliyi, iqtisadi müstəqilliyi və sosial rifahı ilə birbaşa bağlıdır.

APA xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed WUF13 çərçivəsində keçirilən tədbirlərin birindəki çıxışında deyib.

O qeyd edib ki, təhlükəsiz və əlçatan mənzil qadınlar üçün yalnız sığınacaq deyil, həm də ləyaqət məkanı və yeni imkanların təməlidir.

Amina Mohammed vurğulayıb ki, ev qadınlara təhsil almaq, işləmək, zorakı münasibətlərdən uzaqlaşmaq və öz həyatlarını müstəqil şəkildə qurmaq imkanı verir.

Baş katibin müavini bildirib ki, dünyada sürətlə dərinləşən mənzil böhranı hər kəsə eyni şəkildə təsir etmir. Onun sözlərinə görə, xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan qadınlar, miqrantlar, əlilliyi olan qadınlar, yerli icmaların nümayəndələri və münaqişələr səbəbindən məcburi köçkün düşən qadınlar daha ciddi problemlərlə üzləşirlər.

Amina Mohammed əlavə edib ki, qadınların torpaq və mənzil hüquqları bir çox hallarda ikinci plana keçirilir, onların maliyyə və kredit imkanlarına çıxışı məhdudlaşdırılır, bu isə qadınları zorakılıq və sosial qeyri-sabitlik qarşısında daha həssas vəziyyətə salır.

O, qadınlar üçün inklüziv mənzil siyasətlərinin hazırlanmasının, maliyyə və kredit imkanlarına çıxışın genişləndirilməsinin, vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

"Cebheinfo.az"

Seçilən
12
4
cebheinfo.az

6Mənbələr