Ermənistanın baş naziri Nikol Paşinyan mayın əvvəlində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinə səfərinə görə səslənən tənqidlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, Paşinyanın çıxışı “Armenpress” agentliyi tərəfindən yayımlanıb.
O bildirib ki, Zelenskinin Ermənistana gəlməsində qeyri-adi heç nə yoxdur: “Hələ bir də deyirlər ki, Ukrayna prezidenti niyə Ermənistana gəlib? Bağışlayın, niyə gəlməməli idi ki?” - deyə Paşinyan vurğulayıb.
Paşinyan qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi davam etdiyi dövrdə Rusiya prezidenti Vladimir Putin də Bakıya səfərlər edib və bu, İrəvanda sual doğurmayıb.
Xatırladaq ki, Vladimir Zelenski mayın 3-də İrəvana gələrək Avropa Siyasi Birliyinin sammitində iştirak edib. O, tədbir çərçivəsində Nikol Paşinyanla görüşüb.