AZ

“Son döyüş”ə hazırlıq: Putin Paşinyanı təhdid etdirdi

“Avropa İttifaqı “tərəfdaşlığın dərinləşdirilməsi”, “islahatlara kömək” və “demokratiyaya dəstək” kimi gözəl şüarlar arxasında gizlənərək Ermənistanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən qorparmağa ümid edir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin açıqlamasında belə deyilir. “Biz artıq Brüsselin Cənubi Qafqazdakı və Ermənistanla bağlı əsl məqsədləri barədə dəfələrlə danışmışıq. 

“Tərəfdaşlığın dərinləşdirilməsi”, “islahatlara kömək” və “demokratiyanın dəstəklənməsi” kimi gözəl şüarların arxasında çox praqmatik bir hesablama dayanır: 

respublikanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən qoparmaq. Avropa rəsmilərinin özlərinin də etiraf etdiyi kimi, Ermənistanın hipotetik Aİ üzvlüyünə aparan yolu onilliklər məsələsidir və son nəticəyə dair heç bir zəmanət yoxdur. 

Lakin namizəd ölkələr çox tez bir zamanda Brüsselin siyasi iradəsindən asılı vəziyyətə düşürlər”,-deyə bəyanatda qeyd edilir. Diplomatlar əlavə ediblər ki, İrəvan Moskvanın müttəfiqi və Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olaraq qalır. 

“Lakin mahiyyət etibarilə həm ikitərəfli, həm də ümumi çoxtərəfli formatlar çərçivəsində öhdəliklərinə zidd olan addımlara göz yuma bilmərik. Ümid edirik ki, Ermənistan rəhbərliyi xarici geosiyasi oyunlara uyğunlaşmayacaq, respublikanın uzunmüddətli milli maraqlarını birinci yerə qoyacaq. 

Ümid edirik ki, İrəvan Aİ-nin mövcud siyasi, tarixi, humanitar və iqtisadi əlaqələrə zərər vurmaq üçün erməni müttəfiqlərimizin xarici iqtisadi əlaqələri genişləndirmək marağından sui-istifadə etməsinə icazə verməyəcək”,- deyə Rusiya XİN bəyan edib. 

Qeyd edək ki, Rusiya tərəfinin bu açıqlaması Avropa Siyasi Birliyinin mayın 4-5-də Ermənistanda keçirilən sammitinə reaksiyasını əks etdirir. Rəsmi Moskva Rusiyanın geosiyasi təsir zonasına daxil olan Ermənistanda son illər Avropa İttifaqının və ABŞ-nin fəallaşmasından narahatdır. 

Nikol Paşinyanın Qərbyönümlü xarici siyasəti və Avrointeqrasiya kursuna üstünlük verməsi Ukrayna müharibəsi fonunda Rusiyanın nəinki Ermənistanda, bütövlükdə Cənubi Qafqazda təsir imkanlarını zəiflədib. 

Artıq Ermənistanın perspektivi Kremlin iştirakı olmadan, yəni Ukrayna cəbhəsində Rusiyaya qarşı hərbi və geosiyasi qarşıdurma yaşayan Avropa İttifaqı liderlərinin masasında müzakirə edilir. 

Bu tədbirə Ukrayna Prezidenti Volodimir Zelenskinin, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın qatılması, Fransa Prezidenti Emmanuel Makronun ““Məxməri” inqilabdan əvvəl Ermənistan Rusiyanın asılılığında idi” deməsi isə regionda geosiyasi balansın ciddi dəyişməsindən xəbər verir. 

Lakin Rusiya Xarici İşlər Nazirliyinin etiraz xarakterli açıqlaması Moskvanın öz mövqelərini Avropa İttifaqına güzəştə getmək istəmədiyini və Ermənistan üzərindən Cənubi Qafqazda regional rəqabətin daha kəskin mərhələyə daxil olduğunu əks etdirir. 

Rusiya Avropa İttifaqının Ermənistanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən qoparmaq niyyətini xüsusi vurğulamaqla səlində, iki məsələyə işarə edir. 

Söhbət Ermənistanın KTMT-yə və AİB-ə üzv olmasından gedir ki, bunlar da sonrakı sətirlərdə açıq mətnlə qeyd edilib. Rusiya Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımların Ermənistanın KTMT, AİB və MDB kimi təşkilatlardan çıxmasına səbəb olacağından narahatdır. 

Avropa İttifaqı eyni zamanda, Paşinyandan Rusiya ilə hərbi müttəfiqliyə xitam verməsini tələb edir. Çünki Ermənistan Rusiyanın hərbi, siyasi və iqtisadi müttəfiqi olduğu halda Avropa İttifaqına amizədlik statusu ala bilməz. 

Eyni zamanda, Rusiya da Ermənistanı parlamentinin ötən il qəbul etdiyi Avropa İttifaqına üzvlüklə bağlı qərarı AİB-in və KTMT-nin nizamnamələrinə zidd hesab edir. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla aprelin 1-dıə keçirilən sonuncu görüşündə eyni vaxtda iki təşkilata üzvlüyün qeyri-mümkün olduğuna dair sərt xəbərdarlıq edərək onu seçim etməyə çağırıb. 

Paşinyan Avropanı seçəcəyi təqdirdə, Rusiyanın Ermənistana ağır sanksiyalar tətbiq edəcəyi şübhə doğurmur. Sammitdə Avropa İttifaqının siyasi dəstəyini alan Paşinyanın iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra çox güman ki, adıçəkilən qurumlardan çıxmaq istiqamətində prosedurlara başlayacağı gözlənilir. Bu da seçkilərdən sonra iki ölkə arasında münasibətlərin daha gərgin mərhələyə daxil olacağını deməyə əsas verir. 

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr