AZ

Premyer Liqa: “Turan” “Sabah”a, “Sumqayıt” “Qarabağ”a qarşı – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün sonuncu – 33-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Cari mövsümü “qızıl dubl”la başa vurmağa hazırlaşan “Sabah” son oyununda “Turan Tovuz”un qonağı olacaq. Amma bu oyun məlum səbəblərdən elə “Sabah”ın stadionunda – “Masazır Arena”da baş tutacaq. Saat 17:00-da başlayacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.

Günün digər oyunu “Sumqayıt”la “Qarabağ” arasında keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək oyuna saat 19:30-da start veriləcək. Oyunun baş hakimi Elvin Bayramov olacaq.

Premyer Liqa
33-cü tur
21 may

“Qəbələ” – “Şamaxı” 3:1
Qollar: Seydina Keyta, 4. Domi Massumu, 33. Nicat Əliyev, 36 – Karim Rossi, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
Qəbələ şəhər stadionu. 18:30.

22 may

“Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Masazır Arena”. 17:00.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 19:30.

23 may

“Kəpəz” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 15:00.

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
“Sumqayıt Arena”. 19:00.

24 may

“İmişli” – “Karvan”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
38
4
arena.az

10Mənbələr