AZ

“Araz” “Best Managed Companies Azerbaijan 2026”nın qalibi oldu - Fotolar

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi növbəti dəfə beynəlxalq uğura imza atıb. 

Musavat.com xəbər verir ki, şirkət nüfuzlu “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsinin qalibi seçilərək beynəlxalq mükafata layiq görülüb.

Müsabiqə çərçivəsində şirkətlərin idarəetmə yanaşmaları, strateji baxışları və ümumi biznes fəaliyyətləri qiymətləndirilib. Qiymətləndirmə prosesi proqramın dörd əsas meyarı- strategiya, əməliyyatlar, innovasiya və korporativ mədəniyyət istiqamətləri üzrə aparılıb.

Müsabiqənin nəticələrinə əsasən, “Araz” supermarketlər şəbəkəsi qeyd olunan bütün göstəricilər üzrə yüksək nəticələri və dayanıqlı biznes fəaliyyəti ilə fərqlənən şirkətlər sırasında birinci yerə layiq görülüb.

“Best Managed Companies Azerbaijan” proqramının əsas məqsədi ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək, onların dayanıqlı inkişafını dəstəkləmək və geniş ictimaiyyətə tanıtmaqdır.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsinin əldə etdiyi bu uğur şirkətin innovativ idarəetmə prinsiplərinə, müştəriyönümlü fəaliyyətinə və davamlı inkişaf strategiyasına verilən beynəlxalq qiymətin göstəricisidir. Şirkət artıq ikinci dəfədir ki, bu nüfuzlu mükafata layiq görülür. Belə ki, “Araz” daha əvvəl “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin də qalibi olub.


 
Seçilən
8
7
musavat.com

8Mənbələr