AZ

“Araz” “Best Managed Companies Azerbaijan 2026”nın qalibi oldu

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi növbəti dəfə beynəlxalq uğura imza atıb.

Publika.az xəbər verir ki, şirkət nüfuzlu “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsinin qalibi seçilərək beynəlxalq mükafata layiq görülüb.

Müsabiqə çərçivəsində şirkətlərin idarəetmə yanaşmaları, strateji baxışları və ümumi biznes fəaliyyətləri qiymətləndirilib. Qiymətləndirmə prosesi proqramın dörd əsas meyarı- strategiya, əməliyyatlar, innovasiya və korporativ mədəniyyət istiqamətləri üzrə aparılıb.

Müsabiqənin nəticələrinə əsasən, “Araz” supermarketlər şəbəkəsi qeyd olunan bütün göstəricilər üzrə yüksək nəticələri və dayanıqlı biznes fəaliyyəti ilə fərqlənən şirkətlər sırasında birinci yerə layiq görülüb.

“Best Managed Companies Azerbaijan” proqramının əsas məqsədi ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək, onların dayanıqlı inkişafını dəstəkləmək və geniş ictimaiyyətə tanıtmaqdır.

Seçilən
14
7
publika.az

8Mənbələr