AZ

Fariz Əzizov: Bakının nəqliyyat infrastrukturu 2040-cı ilə qədər əsas strateji istiqamətdir

BAKI, 21 may. TELEQRAF

Bakının Baş planında nəqliyyat infrastrukturu 2040-cı ilə qədər əsas strateji istiqamətlərdən biri kimi müəyyən edilib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Fariz Əzizov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Bakı Baş Planı 2040 — Yeni inkişaf dövrü" adlı tədbirdə deyib.

“Azərbaycanın gələcəyi dayanıqlı şəhərlərin qurulmasından keçir. Şəhərlərin rəqabət qabiliyyəti yalnız iqtisadi göstəricilərlə deyil, həm də xidmətlərin əlçatanlığı və insanların rahat yaşayış imkanları ilə ölçülür.

Bakıda mobilliyin təmin olunması bir çox aspekti dəyişib. Biz də müəyyən çətinliklərlə üzləşmişik. Şəhər artıq getdikcə daha çox ətraf ərazilərə doğru genişlənir, insanlar daimi yaşamaq üçün kənar zonalara üz tuturlar. Bununla yanaşı, insanların həyat tərzi və davranışları da dəyişir, yeni prioritetlər formalaşır.
Bütün bu dəyişikliklər nəzərə alınmalıdır. Hazırda nəqliyyat infrastrukturu 2040-cı ilə qədər olan dövr üçün əsas siyasət sənədi kimi qiymətləndirilir. Hədəf sadəcə geniş yolların salınması deyil, bütövlükdə infrastruktur yanaşmasının dəyişdirilməsidir.
Məqsəd insanların həyatını asanlaşdırmaq və dayanıqlı inkişafı təmin etməkdir. Bakı tədricən əsas metropoliten şəhərə çevrilir.”

Seçilən
49
14
teleqraf.com

10Mənbələr