AZ

CREDAI: Əlçatan mənzil anlayışı daha çevik və müasir modelə uyğun yenilənməlidir

Əlçatan mənzil kateqoriyasının müəyyən edilməsində daha çevik və müasir yanaşmaya ehtiyac var. Bu barədəHindistanın tikinti şirkəti üzrə nümayəndəsi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası (WUF13) çərçivəsində “Əlçatan mənzil maliyyələşdirilməsi” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən bildirib.

O qeyd edib ki, Hindistanda əlçatan mənzil bazarında əsas problem tələb və təklif çatışmazlığı deyil, mövcud normativlərin köhnəlməsi və “affordable housing” anlayışının reallığı əks etdirməməsidir.

Patel vurğulayıb ki, təxminən 8 il əvvəl tətbiq olunan mövcud meyarlar hazırkı iqtisadi vəziyyəti düzgün əks etdirmir. Onun sözlərinə görə, Hindistanda orta və aşağı-orta gəlir qrupları üçün 60–90 kvadratmetrlik mənzilə tələbat yüksək olaraq qalır, lakin bu tip mənzillər 45 lakh rupi (təxminən 42 min ABŞ dolları) qiymət həddinə görə hər zaman “əlçatan mənzil” kateqoriyasına daxil edilmir.

O əlavə edib ki, son illərdə tikinti xərcləri inflyasiya, torpaq qiymətlərinin artması və material bahalaşması səbəbilə ciddi şəkildə yüksəlib, nəticədə mənzil qiymətləri illik orta hesabla 8–10% artıb.

“Beləliklə, əvvəllər əlçatan mənzil kateqoriyasına daxil olan evlər indi iki dəfə baha olmasına baxmayaraq, köhnə təsnifata görə yenə də uyğun hesab edilmir”, – deyə o bildirib.

CREDAI prezidenti həmçinin vurğulayıb ki, şəhər, ştat və federal səviyyədə ümumi vergi yükü 31–50%-ə qədər yüksəlir ki, bu da mənzillərin əlçatanlığını daha da məhdudlaşdırır.

Onun fikrincə, əlçatan mənzil anlayışı yalnız qiymətə görə deyil, həm də yaşayış sahəsi, şəhərin xüsusiyyətləri və ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğun şəkildə yenilənməlidir. Patel əlavə edib ki, mövcud sistem statistik göstəriciləri təhrif edir və dövlət dəstək proqramlarının effektivliyini azaldır.

“Biz son illərdə hökumətlə bu məsələni müzakirə edirik və hesab edirik ki, daha çevik və müasir bir modelə ehtiyac var”, – o qeyd edib.

Aytac 

Seçilən
2
1
anews.az

2Mənbələr