Fəlakətdən sonrakı yenidənqurma prosesində əvvəlcədən hazırlanmış müqavilə və mexanizmlərin olması bərpa işlərini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Bunu Dünya Bankında Şəhər, Davamlılıq və Torpaq üzrə Qlobal Departamentin Qlobal Direktoru Ming Zhang WUF13 çərçivəsində keçirilən paneldə bildirib.
Onun sözlərinə görə, sıx məskunlaşmış şəhərlərdə, xüsusilə çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının bərpası daha mürəkkəb və uzunmüddətli prosesdir, çünki burada podratçı seçimi və tikinti imkanlarının yaradılması vaxt tələb edir.
“Türkiyə və Çili kimi ölkələrdə fəlakətdən sonrakı yenidənqurma üçün əvvəlcədən hazırlanmış mexanizmlər mövcud idi. Bu zaman fəlakət baş verdikdən sonra podratçı seçimi prosesinə yenidən başlamağa ehtiyac qalmır və müqavilələr dərhal işə salına bilir”, - Zhang bildirib.
O qeyd edib ki, yerli hökumətlərin və icma əsaslı yenidənqurma komitələrinin rolu bərpa prosesində xüsusi əhəmiyyət daşıyır.
Zhang əlavə edib ki, ailələrin dəstəklənməsi və bələdiyyə infrastrukturunun bərpasında yerli idarəetmə orqanları əsas funksiyanı yerinə yetirir.
Gülnar Nazimqızı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta