EN

Dünya Bankı: Fəlakətdən sonra əvvəlcədən hazırlanmış müqavilələr bərpanı sürətləndirir

Fəlakətdən sonrakı yenidənqurma prosesində əvvəlcədən hazırlanmış müqavilə və mexanizmlərin olması bərpa işlərini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Bunu Dünya Bankında Şəhər, Davamlılıq və Torpaq üzrə Qlobal Departamentin Qlobal Direktoru Ming Zhang WUF13 çərçivəsində keçirilən paneldə bildirib.

Onun sözlərinə görə, sıx məskunlaşmış şəhərlərdə, xüsusilə çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının bərpası daha mürəkkəb və uzunmüddətli prosesdir, çünki burada podratçı seçimi və tikinti imkanlarının yaradılması vaxt tələb edir.

“TürkiyÉ™ vÉ™ Çili kimi ölkÉ™lÉ™rdÉ™ fÉ™lakÉ™tdÉ™n sonrakı yenidÉ™nqurma üçün É™vvÉ™lcÉ™dÉ™n hazırlanmış mexanizmlÉ™r mövcud idi. Bu zaman fÉ™lakÉ™t baÅŸ verdikdÉ™n sonra podratçı seçimi prosesinÉ™ yenidÉ™n baÅŸlamaÄŸa ehtiyac qalmır vÉ™ müqavilÉ™lÉ™r dÉ™rhal iÅŸÉ™ salına bilir”, -  Zhang bildirib.

O qeyd edib ki, yerli hökumətlərin və icma əsaslı yenidənqurma komitələrinin rolu bərpa prosesində xüsusi əhəmiyyət daşıyır.

Zhang əlavə edib ki, ailələrin dəstəklənməsi və bələdiyyə infrastrukturunun bərpasında yerli idarəetmə orqanları əsas funksiyanı yerinə yetirir.

Gülnar Nazimqızı

Chosen
9
anews.az

1Sources