AZ

Sabah Bakıda hava əsasən yağmursuz olacaq

Mayın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 15-18°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65%  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 21-də axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-17°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacaq.

Seçilən
63
49
senzor.az

10Mənbələr