AZ

Sabah hava bəzi yerlərdə yağıntılı olacaq

Azərbaycanda mayın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 21-də axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti olacaq.

Seçilən
49
49
azerbaijan-news.az

10Mənbələr