ABŞ NATO-nun fövqəladə qüvvələrində iştirakını azaltmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, Pentaqon iri böhranlar zamanı NATO tərəfindən operativ şəkildə istifadə oluna biləcək ABŞ qoşunları və silahlarının sayını azaltmağı planlaşdırır.
Bildirilir ki, bu addım NATO-nun Avropada sürətli gücləndirmə ssenarilərini çətinləşdirə bilər. Qərar Tramp administrasiyasının Avropanın öz müdafiəsinə daha çox məsuliyyət götürməsi ilə bağlı mövqeyi ilə əlaqələndirilir.
Reuters yazır ki, Pentaqon daha əvvəl də Avropadakı ABŞ döyüş briqadaları qruplarının sayını azaltmışdı. Hazırda onların sayı üçdür. Halbuki 2021-ci ildə, Rusiya-Ukrayna müharibəsindən əvvəl Avropada dörd ABŞ briqadası yerləşirdi.
Musavat.com