AZ

ABŞ böhran zamanı NATO-ya təqdim oluna biləcək qoşun sayını azaldacaq

Tramp administrasiyası bu həftə NATO üzrə müttəfiqlərinə ABŞ-nin ciddi böhran zamanı Avropa ölkələrinə yardım üçün ayıra biləcəyi hərbi resurs ehtiyatını azaldacağını bildirməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə məsələ ilə tanış olan üç mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, "NATO qüvvə modeli" kimi tanınan konsepsiyaya əsasən, alyansa üzv ölkələr münaqişə və ya NATO üzvünə hərbi hücum kimi ciddi böhran zamanı istifadəyə verilə biləcək ehtiyat qüvvələri müəyyənləşdirirlər.

Mənbələrin sözlərinə görə, müharibə halında istifadə olunacaq bu hərbi qüvvələrin dəqiq tərkibi məxfi saxlanılsa da, Pentaqon öz iştirakını əhəmiyyətli dərəcədə azaltmaq qərarı verib.

"ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, Avropa ölkələri qitənin təhlükəsizliyi üçün əsas məsuliyyəti ABŞ deyil, öz üzərlərinə götürməlidirlər", deyə məqalədə qeyd olunur.

Nəşr vurğulayır ki, bu həftə müttəfiqlərə göndərilən mesaj həmin siyasətin həyata keçirilməsinin konkret göstəricisidir.

Bununla belə, bəzi detallar hələ də qeyri-müəyyən olaraq qalır. Xüsusilə, Pentaqonun böhran vəziyyətində məsuliyyətin Avropa müttəfiqlərinə nə qədər sürətlə ötürülməsini planlaşdırdığı məlum deyil.

Mənbələr bildiriblər ki, Pentaqon iştirakın azaldılması niyyətini mayın 22-də Brüsseldə keçiriləcək müdafiə siyasəti rəhbərlərinin görüşündə açıqlamağı planlaşdırır.

Pentaqonun siyasət şöbəsinin rəhbəri Elbric Kolbi açıq şəkildə bəyan edib ki, Avropa müttəfiqləri adi silahlı qüvvələr sahəsində aparıcı rol götürsələr belə, ABŞ NATO üzvlərini qorumaq üçün nüvə silahından istifadə etməyə davam edəcək.

Mənbələrin sözlərinə görə, ABŞ-ı görüşdə böyük ehtimalla Kolbinin əsas köməkçilərindən biri olan Aleks Veles-Qrin təmsil edəcək. Mənbələrdən biri əlavə edib ki, NATO qüvvə modelinə düzəlişlər Kolbi komandasının iyul ayında Türkiyədə keçiriləcək NATO liderlərinin sammiti ərəfəsində əsas prioritetlərindən biridir.

Nəşr qeyd edir ki, NATO alyansı görünməmiş təzyiq altındadır və bəzi Avropa ölkələri Vaşinqtonun ümumiyyətlə alyansdan çıxacağından ehtiyat edir.

"ABŞ-ın müharibə zamanı təqdim etməyə hazır olduğu qoşun sayının ciddi şəkildə azaldılması bu qorxuları daha da gücləndirəcək", deyə materialda vurğulanır.

Poliqon.info

Seçilən
18
50
poliqon.info

10Mənbələr