AZ

Qəbələ rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması sahəsində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən  Ekologiya.az-a verilən məlumata görə, agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Sərdar Rəhbər oğlu Mehdiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Bildirilib ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz çəni üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin parça qolların və digər avadanlıqların dövri olaraq yoxlanılmadığı, həmçinin maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Seçilən
24
31
ekologiya.az

10Mənbələr