AZ

FHN daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonu, Zarağan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz çəni üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin parça qolların və digər avadanlıqların dövri olaraq yoxlanılmadığı, həmçinin maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi müəyyən edilib.

Maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb.

P.ƏMİRCANOV
XQ

Seçilən
22
31
xalqqazeti.az

10Mənbələr