AZ

Türkiyənin hakim partiyası şərti açıqladı

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Ömər Çelik Avropa İttifaqı rəsmilərinin vaxtaşırı Ankara ilə bağlı səsləndirdiyi yanlış və əsassız bəyanatlardan dərin təəssüf hissi keçirdiyini bildirib.

Hafta.az xəbər verir ki, AK Partinin Ankarada keçirilən idarə heyətinin iclasından sonra təşkil olunan brifinqdə Ömər Çelik hakim partiya rəhbərliyinin digər məsələlərlə yanaşı, Avropa İttifaqı ilə münasibətlərin mövcud vəziyyətini və perspektivlərini də ətraflı müzakirə etdiyini deyib.

“Türkiyədə Avropa İttifaqı rəsmilərinin dərin yanlışlıqlara əsaslanan bəyanatlarına vaxtaşırı reaksiya verilir. Ankara ilə daha geniş əməkdaşlıq əlaqələri qurulacağı təqdirdə, Brüssel mövcud çətinlikləri aradan qaldıra bilər”.

Onun sözlərinə görə, ideoloji səbəblərdən Türkiyənin Avropa İttifaqına üzvlüyü yolunda maneələr yaradılmasaydı, bu qurum bu gün “qlobal güc”ə çevrilərdi.

“Biz Avropa İttifaqı ilə Türkiyə arasında müxtəlif sahələr və gündəlik mövzular üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha vurğulayırıq”.

Seçilən
0
2
hafta.az

3Mənbələr