AZ

Türkiyənin hakim partiyası Aİ nin “qlobal güc”ə çevrilməsi üçün şərti açıqlayıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ankara, 20 may, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Ömər Çelik Avropa İttifaqı rəsmilərinin vaxtaşırı Ankara ilə bağlı səsləndirdiyi yanlış və əsassız bəyanatlardan dərin təəssüf hissi keçirdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, AK Partinin Ankarada keçirilən idarə heyətinin iclasından sonra təşkil olunan brifinqdə Ömər Çelik hakim partiya rəhbərliyinin digər məsələlərlə yanaşı, Avropa İttifaqı ilə münasibətlərin mövcud vəziyyətini və perspektivlərini də ətraflı müzakirə etdiyini deyib.

“Türkiyədə Avropa İttifaqı rəsmilərinin dərin yanlışlıqlara əsaslanan bəyanatlarına vaxtaşırı reaksiya verilir. Ankara ilə daha geniş əməkdaşlıq əlaqələri qurulacağı təqdirdə, Brüssel mövcud çətinlikləri aradan qaldıra bilər”, - deyə Ömər Çelik bildirib.

Onun sözlərinə görə, ideoloji səbəblərdən Türkiyənin Avropa İttifaqına üzvlüyü yolunda maneələr yaradılmasaydı, bu qurum bu gün “qlobal güc”ə çevrilərdi.

“Biz Avropa İttifaqı ilə Türkiyə arasında müxtəlif sahələr və gündəlik mövzular üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha vurğulayırıq”, - deyə AK Parti nümayəndəsi əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
2
azertag.az

3Mənbələr