“İmam Hüseyn” məscidinə daxil olmaq istəyən şəxslərdən pul tələb olunub.
Yayılan görüntülərdə məscidə giriş zamanı bir şəxsin ziyarətçilərdən ödəniş istədiyi əks olunub.
Məlumata görə, məscidə gələnlərdən 1 manat ödəniş etməkləri tələb olunur.
Görüntləri çəkən şəxslər bildirib ki, onlar məscidin yaxınlığında idmanla məşğul olublar və daha sonra məsciddən əl-züləri yumaq üçün istifadə etmək istəyiblər, bu zaman isə onlardan pul tələb olunub.
Həmin görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə sorğu göndərilib./musavat.com/