ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
"İmam Hüseyn" məscidinə daxil olmaq istəyən şəxslərdən pul tələb olunub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə məscidə giriş zamanı bir şəxsin ziyarətçilərdən ödəniş istədiyi əks olunub.
Məlumata görə, məscidə gələnlərdən 1 manat ödəniş etməkləri tələb olunur.
Görüntləri çəkən şəxslər bildirib ki, onlar məscidin yaxınlığında idmanla məşğul olublar və daha sonra məsciddən əl-züləri yumaq üçün istifadə etmək istəyiblər, bu zaman isə onlardan pul tələb olunub.
Həmin görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə sorğu göndərilib.
Mina Mikayılova
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.